🌍 Dünyanın Ən Nüfuzlu Riyaziyyat Çempionatı Yenidən Azərbaycanda!
Dünyanın ən nüfuzlu universitetlərindən biri olan Berkeley Universitetinin professorları tərəfindən təsis edilən WMTC hər il 50+ ölkədən minlərlə şagirdi bir araya gətirən beynəlxalq çempionatdır. Bu çempionatın əsas özəlliyi yalnız fərdi biliklərin yoxlanması yox, həm də komanda ilə birgə işləmək bacarıqlarının inkişaf etdirilməsidir.
🔹 Niyə WMTC?
✅ III-XI sinif şagirdləri burada həm fərdi mərhələdə riyazi bacarıqlarını nümayiş etdirir, həm də komanda və estafet mərhələlərində strateji düşüncə və əməkdaşlıq qabiliyyətlərini sınaqdan keçirirlər.
✅ Çempionat tənqidi düşüncə, məntiq, analiz və yaradıcılıq bacarıqlarını inkişaf etdirərək şagirdlərin gələcək təhsil həyatına böyük təsir göstərir.
✅ Qaliblər beynəlxalq sertifikatlar və medallarla yanaşı Tailandda keçiriləcək beynəlxalq mərhələyə vəsiqə qazanırlar
Bu çempionat həm də mədəniyyətlərarası əməkdaşlıq platformasıdır. Dünyanın müxtəlif ölkələrindən olan şagirdlər burada eyni məqsəd ətrafında birləşərək, biliklərini paylaşır və yeni dostluqlar qururlar.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın:
[email protected] | +994 50 224 51 40